Exceldə sum funksiyası

Exceldə sum funksiyası haqqında ətraflı məlumat əldə edin

Exceldə sum funksiyası
agent
Şükür Hüseynov
Software Developer, Təlimçi • 10+ il təcrübə

Sum funksiyası ədədlərin cəmini tapmaq üçün istifadə olunur. Məsələn, fərz edək ki A xanasında 1-ci və 5-ci sətirlər arasında işçilərin maaşları yazılıb. Biz C1 xanasına maaşların cəmini yazmaq istəyirik. Bunun üçün sadəcə C1 xanasına =sum(A1:A5) yazmağımız kifayətdir.



Düsturların yazılış qaydası bu şəkildədir. Adı yazılır, sonra mötərizə qoyularaq daxilində qiymətlər yazılır. A1:A5 ifadəsi A1 sütunundan A5 sütununa qədər bütün sütunları bildirir. Beləliklə, A1 və A5 aralığındakı bütün ədədlər toplanır. Düsturda =sum(A:A) yazsaq A sütunundakı bütün ədədlər toplanacaq. Yəni. xanaya yeni ədədlər əlavə etdikdə cəm avtomatik olaraq dəyişəcək.