Front end kursları

Front end kursları haqqında ətraflı məlumat əldə edin

Front end kursları
agent
Şükür Hüseynov
Software Developer, Təlimçi • 10+ il təcrübə

Front end developer olmaq istəyirsinizsə, sizləri front end proqramlaşdırma kurslarına dəvət edirik. Front end kursları 0-dan başlayır və irəli səviyyəyə qədər davam edir. Dərslərimizdə tələbələrə fərdi yanaşılır, mövzular ətraflı şəkildə izah edilir. Dərs müddətində real layihələr hazırlanır ki, tələbələr bununla da həm portfolio yaradır, həm də praktiki şəkildə öyrənmiş olur.

Front end kurslarının ilk mərhələsində tələbələrimizə Html, Css və Bootstrap öyrədirik. Tələbələrimiz Html, Css və Bootstrap ilə ən az 2 ədəd real layihə hazırlayır. Bunlar da biri tələbənin öz vebsaytı olur. Beləliklə, kursa başladıqdan cəmi 2-2.5 ay sonra öz saytınız olmuş olur. Bu mərhələni tamamlayan tələbələr növbəti mərhələyə keçir.

Front end kurslarının növbəti mərhələsində tələbələrə Javascript öyrədilir. Javascriptlə sayta dinamiklik qatmağı, saytı canlandırmağı öyrənirsiniz. Bu mərhələ ortalama 3 ay vaxt alır. Bu mərhələni bitirən tələbələr növbəti mərhələyə keçilir.

Növbəti mərhələdə ReactJs öyrədilir. Tələbələr ReactJs öyrəndikdən sonra Final layihəsi hazırlayır. Sonda isə sertifikatlarını alaraq kursu tamamlayırlar.